• 23 Noyabr 2024 01:04

“İstanbulda Ukrayna ilə razılaşdıq, hər şeyi götürüb zibil qutusuna atdılar”

“İstanbulda Ukrayna ilə razılaşdıq, hər şeyi götürüb zibil qutusuna atdılar”

“Rusiyanın Ukrayna ilə danışıqlarda xoş niyyəti bəllidir və heç bir dəyişikliyə məruz qalmır”.

Tacxeber.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərin Moskva ilə Kiyev arasında danışıqların mümkünlüyü ilə bağlı sualını cavablandırarkən deyib.

Rusiya dövlət başçısı qeyd edib ki, Kiyev hazırda mümkün razılaşmaları müzakirə etməyə can atmır.

“Yaxşı, gözləyəcəyik. Bəlkə bəzi zəruri şərtlər yetişəcək. Bizim xoş niyyətimiz bəllidir. Bu, heç bir dəyişiklik və ya şübhə doğurmur”.

Putin xatırladıb ki, razılaşmalara nail olmaq üçün danışıq masası arxasına əyləşib danışıqlar aparmaq lazımdır:

“Beləliklə, İstanbulda onlarla razılaşdıq – onlar hər şeyi götürüb, sonra zibil qutusuna atdılar. İndi, ümumiyyətlə, bizimlə nəsə danışmağı özlərinə qadağan etdilər”.

Tacxeber.com

Oxşar xəbərlər