Kanada hakimiyyəti İrana qarşı sanksiya siyahısına daha dörd şəxs və iki təşkilat əlavə edib.
Tacxeber.com TASS-a istinadən xəbər verir ki, müvafiq sənəd Kanada Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
Kanadanın yeni məhdudiyyətləri Əl-Mustafa Beynəlxalq Universitetinə təsir edəcək.
Bundan əvvəl Ottava İrandakı etirazlar fonunda onlarla fiziki və hüquqi şəxsi, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun üzvlərini iqtisadi sanksiyalar siyahısına salıb.