• 27 İyul 2024 05:01

“Paşinyan kimdir ki, onu “Quran”la qarşılayasan?”

“Paşinyan Soçi görüşündə, demək olar, tam iflasa uğradı. Həm Moskva sənədlərini Azərbaycan tərəfi qəbul etmədi, həm də Belarus Prezidentinin danlağının ardından Paşinyan Putin tərəfindən də uşaq kimi danlandı. Ona görə də Paşinyan İran daxilindəki məsələləri sığortalamaq üçün İrana səfər etdi. Fikrimcə, Ermənistan İranla Azərbaycana qarşı növbəti təxribat hazırlayacaq. Bu, nədir, dəqiq deyə bilmərəm, amma təxribat mütləq olacaq. O təxribatın arasında nələr durur, bunu da deyə bilmərəm. Ya dövlət sərhədində növbəti addım atacaqlar, ya da nəsə başqa xəyanət edəcəklər. Farsla hayın birləşməsindən ağıllı bir şey gözləmirəm”.

Bu sözləri  politoloq Cümşüd Nuriyev Ermənistanın Baş naziri Nikol Paşinyanın İran səfərini şərh edərkən deyib.

Politoloq Paşinyanın İranda “Quran”la qarşılanmasına da diqqət çəkib:

“Bu, bir daha göstərdi ki, İranda, ümimiyyətlə, İslama hörmət yoxdur. Hansısa xristianın qarşısına “Quran” çıxarmaq müsəlman dövlətinə yaraşmayan hərəkətdir. Allahın adından belə tərbiyəsizliyi də etdilər, daha nə deyim, sözüm yoxdur. Harda görünüb ki, Allahın kitabı ilə kimisə hava limanında qarşılayasan? 51 müsəlman dövləti var, 6-sı yarımüsəlmandır. Belə şeylər etmədiklərinə görə onda bu dövlətlərin heç birinin ağlı yoxdur? Bəlkə, Allah İranı özünə vəkil seçib? Çox böyük hörmətsizlik etdilər – həm İslama, həm “Quran”a. Paşinyan kimdir ki, onu “Quran”la qarşılayasan? Görünən budur ki, hər iki tərəf yenə öz xəyanətkar siyasətindən əl çəkmir. Azərbaycana bir növ mesaj vermək istəyirlər ki, “biz bir yerdəyik”. Olsunlar da. Əksinə, daha xoş oldu. Biz deyəndə küsürdülər. Boyunlarına qoya bilmirdik, amma indi özləri boyunlarına aldılar ki, farslar hayla qardaşdırlar. Bundan qabaq isə erməni Heydər Əliyevin fikrini oğurladı ki, “biz bir millət, iki dövlətik”. Allah işlərini avand eləsin, başqa nə deyək?”

Tacxeber.com

Oxşar xəbərlər