İsveçrə Ukraynaya qarşı müharibədə Rusiyaya verdiyi dəstəyə görə, İranın bir şirkətinə və üç rəsmi şəxsinə sanksiya tətbiq edib.
İsveçrə hökuməti bildirib ki, SEPAH-ın Aerokosmik Qüvvələrinə bağlı “Şahid Hava Şirkəti” Hüccətullah Qureyşi və Səid Ağacani ilə birlikdə Silahlı Qüvvələrin Birləşmiş Qərargah rəisi general-mayor Məhəmmədhüseyn Baqiriyə sanksiya tətbiq edib.
İsveçrə hökumətinin açıqlamasında Ukrayna savaşında Rusiyaya kamikadze və zərbə dronları göndərilməsi səbəbilə İranın bir şirkətinə və 3 rəsmisinə səyahət və ticarət qadağası, əmlaklarına həbs qoyulması ilə bağlı qərar verildiyi və onların qara siyahıya salındığı bildirilir.