Ermənistan İordaniyanın “Jadara Equipment & Defence Systems Co” şirkəti silah sifarişinə dair müqaviləni ləğv edib.
Ermənistan Müdafiə Nazirliyi şirkətin sifarişi vaxtında yerinə yetirmədiyini bildirib.
Ermənistan müdafiə nazirinin müavini Karen Brutyanın məsələ ilə bağlı müvafiq məktubu Maliyyə Nazirliyinin saytına yerləşdirilib.
Məktubda Ermənistan tərəfinin 2021-ci il avqustun 6-da “Jadara Equipment & Defence Systems Co” şirkəti ilə silah alınmasına dair müqavilə imzaladığı, sifarişin həmin il icra edilməli olduğu qeyd edilib.
Amma sazişin bu günə qədər icra olunmamasına görə, Nazirlik təktərəfli qaydada pozub. Bundan başqa, İordaniya şirkəti 57,5 min dollar dəyərində cərimə ödəməlidir.
Ermənistan tərəfinin müqavilə ilə İordaniyadan “Nashab” tank əleyhinə qumbaaratanlar sifariş verdiyi ehtimal olunur. (Ordu.az) Tacxeber.com