• 23 Noyabr 2024 00:03

QARAGİLƏ ŞƏFALI GİLƏMEYVƏDİR

QARAGİLƏ ŞƏFALI GİLƏMEYVƏDİR

Qaragilə müalicəvi xüsusiyyətlərinə görə rekord göstəricilərə malik giləmeyvədir. Apteklərdə onun əsasında hazırlanmış preparatlar satılır. Pəhriz saxlayan insanlar arasında şəkərsiz qaragilə cemi çox məşhurdur. Bəs, bu giləmeyvə nə üçün belə faydalıdır?
Qaragilənin tərkibində manqanın miqdarı başqa meyvə-tərəvəzlərə nisbətən daha yüksəkdir. Bundan əlavə, onun tərkibində C, B1,B2 vitaminləri, karotin, dubil maddələr, pektinlər, şəkər, alma, kinə, kəhrəba və süd turşuları vardır. Bu giləmeyvəni, ilk növbədə avitaminozdan əziyyət çəkənlərə tövsiyə edirlər.
Qaragilənin görmə qabiliyyəti üçün faydalı olduğunu hamımız bilirik. Bu giləmeyvə təbii antioksidantlarla zəngindir. Onların müntəzəm qəbulu katarakta və qlaukoma xəstəliklərinin profilaktikası üçün əvəzsiz vasitədir. Lakin həkimlər qaragilə əsasında dərmanlardan çox təbii giləmeyvəni, yaxud ondan hazırlanmış mürəbbəni yeməyi tövsiyə edirlər.
Qaragilənin tərkibindəki antioksidantlar varikozdan, babasildən, ürək-damar və onkoloji xəstəliklərdən qoruyur.
Qaragilə beyinin fəaliyyəti üçün də faydalıdır, ona görə də beyinlə işləyən və yaşlı insanlara tövsiyə edilir. Qaragilə insultdan sonra beyinin fəaliyyətinin bərpasına kömək edir.
Tərkibində şəkərin olmasına baxmayaraq, qaragilə qanda şəkəri salır. Odur ki, şəkərli diabetdən əziyyət çəkənlər üçün əvəzsiz vasitə sayılır.
Bu bitkinin ifraz etdiyi fitosidlər bəzi viruslara məhvedici təsir göstərir. Dizenteriya, difteriya, qarın yatalağı, stafilokoklu angina, bronxial ağ ciyər, kəskin və xroniki bronxitlər, ağ ciyər enfizemi, habelə hepatit, anemiya, podaqra, yel, sidik daşı və dermatit kimi xəstəliklərdə də qaragilə yeməyi tövsiyə edirlər.
Qaragilə qadın sağlamlığının keşiyində durur, mədə xorasının qarşısını alır.
Qaragilə giləmeyvələrin şahı, dərdlərin dərmanıdır. Dondurulmuş qaragilə, onun cövhəri uzun müddət öz keyfiyyətini itirmir, tərkibindəki vitaminlərin və bəsləyici maddələrin miqdarına görə təzə giləmeyvədən əsla geri qalmır.

Tacxeber.com

Oxşar xəbərlər