• 25 Noyabr 2024 06:19

Qazaxıstanda şaxtada partlayış: Ölən və yaralananlar var

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin rəsmi nümayəndəsi Ruslan İmankulov məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticədə 4 nəfər ölüb:

“İlkin məlumata görə, noyabrın 3-də, gecə saat üç radələrində, Şaxtinsk şəhərindəki “ArcelorMittal Temirtau” SC-nin Lenin adına şaxtasında qaz-drenaj quyularının qazılması zamanı qəfil qəza baş verib. Dörd işçinin ölümünə səbəb olan qaz partlayışı baş verib, bir işçinin axtarışları davam edir. Daha dörd işçi xəstəxanaya yerləşdirilib”.

İlkin məlumata görə, mədəndən 106 işçi təxliyə edilib. (KONKRET.az)

Tacxeber.com

 

Oxşar xəbərlər