• 22 Noyabr 2024 23:24

Şəhid ailələri bu vergilərdən azad edilir

“Gələn il şəhid ailələri və onların övladları, valideynlərinin muzdlu işdən aldıqları gəlirlərinin 800 manata qədər olan hissəsinin vergilərdən azad olunması planlaşdırılır”.

Tacxeber.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili bildirib.

O həmçinin qeyd edib ki, 2022-ci ilin sonlarına qədər Azərbaycanda orta aylıq əmək haqqının 800 AZN, 2023-cü ildə 898 manat olması planlaşdırılır: “Bu isə demək olar ki, əmək haqqının böyük bir qisminin vergidən azad olunması deməkdir”.

Tacxeber.com

Oxşar xəbərlər