• 23 Noyabr 2024 05:17

Şəhid Səbuhi Əhmədovun adı gəmiyə verilir

Bu şəhidimizi xüsusi təqdim etməyə ehtiyac duymuram, çünki Səbuhini tanımayan insan yoxdur. Səbuhi və Sənan Əhmədov qardaşları uşaqlıqdan valideyn himayəsindən məhrum olublar və Uşaq evində böyüyüblər.

Tacxeber.com Teleqraf.com-a istinadla xəbər verir ki, bu sözləri Palmali Şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov deyib.

İş adamı bildirib ki, Səbuhi Əhmədov 2020-ci ildə Vətən müharibəsində əvvəldən sona qədər qəhrəmancasına savaşıb:

“Cəsur döyüşçü medalı ilə təltif edilib. 2022-ci ilin sentyabrın 12-13-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Bu gün mən şəhidin yeganə ailə üzvü olan qardaşı Sənana zəng etdim və gəmiyə onun qardaşı Səbuhi Əhmədovun adının verilməsi xəbərini verdim, qardaşı Sənandan xeyir dua aldım”.

Tacxeber.com

Oxşar xəbərlər