• 23 Noyabr 2024 04:07

“Təhsilə nə qədər pul ayırsan da, günü-gündən dala gedir”  – Deputatdan etiraz

“Təhsilə nə qədər pul ayırsan da, günü-gündən dala gedir”  - Deputatdan etiraz

“Paytaxt və digər rayonların inkişafı üçün maliyyə ayrılır, amma biz bunu görə bilmirik”.

Tacxeber.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Tahir Kərimli bildirib.

“21 əsrin təhsil sisteminə uyğun proqram tərtib edilir. Təhsilə nə qədər pul ayırsan da, günü-gündən dala gedir. Belə təhsil olar? Bundan sonra 2030-cu ilə qədər iqtisadi planımız var, yaxşı, bunlar necə həyata keçiriləcək? Rusiya-Ukrayna müharibəsini bildik, inflyasiya olur. Yaxşı, hər gün internet pulu, ərzaq qiyməti artır. Nə yaxşı əhalinin gəliri artmır? Mən bu məsələlərdən narahatam”,- deyə deputat vurğulayıb.

Tahir Kərimli daha sonra işsizlik problemindən söz açıb: “Büdcədə məşğul əhalinin sayına nəzər salaq. Qeyd olunub ki, 30 min nəfər neft-qaz sahəsində çalışanlardır. Əvvəl bu rəqəm 80 min nəfər idi, indi 30 minə endiriblər.

Yaxşı, sual ortaya çıxır, 3 milyon 600 min insan harada işləyir?. Daha sonra biz dənizi olan ölkəyik, amma balıqçılıq sahəsi yoxdur. Hər dəfə büdcəyə kənd təsərrüfatı hissəsində balıqçılıq fəaliyyəti salınır, bəs hanı balıqçılıq?”

Tacxeber.com

Oxşar xəbərlər