• 27 İyul 2024 04:14

Vardanyan Qarabağda “Kommersant”a verdiyi müsahibədə Azərbaycanı hədələdi…

Vardanyan Qarabağda “Kommersant”a verdiyi müsahibədə Azərbaycanı hədələdi…

Guya Rusiya vətəndaşlığından imtina edərək  qanunsuz şəkildə Azərbaycanın Qarabağ iqtisadi(!) rayonununa gəlmiş və artıq iki aydan çoxdur ki,  burada qanunsuz iqtisadi və ictimai-siyasi fəaliyyətlə məşğul olan və sabah noyabrın 4-dən rəsmən separatçı rejimin “dövlət naziri” vəzifəsinə başlayacaq milyarder  Ruben Vardanyan Azərbaycan dövlətinə və xalqında qarşı təhdidlərlə çıxış edib. 

Tacxeber.com xəbər verir ki,  R.Vardanyan belə fikirləri Qarabağda Gəncəsər məbədinin həyətində Rusiyanın məşhur “Kommersant” nəşrinə müsahibəsində Qarabağın qondarma “statusu” haqda danışarkən söyləyib.

“Qarabağın statusu onunla müəyyən edilir ki, hətta beynəlxalq hüquqa uyğun olaraq tam müəyyən edilməsə belə, status-kvonun qorunub saxlanması (bu ondan ibarətdir ki, Azərbaycan rəhbərliyinin göstərdiyi formada Qarabağ Azərbaycanın tərkibində olmayacaq) aydın başa düşülməli və qəbul edilməlidir. Həm Azərbaycan rəhbərliyi, həm də Azərbaycan xalqı tərəfindən qəbul edilməlidir. Artsax xalqını məhv etmək cəhdi, bunu hərbi yolla həll etmək cəhdi Azərbaycana baha başa gələcək. Həm birbaşa qurbanlar baxımından, həm beynəlxalq məkanda itkilər baxımından, həm də bütün bunların bumeranq effekti verməsi baxımından. Belə çıxışları nə qədər çox etsən, onlar bir o qədər sənə doğru geri qayıdır. Mən qorxutmuram və nə iləsə təhdid etməyə çalışan adama bənzəmək istəmirəm. Bu, tarixdir. Sadəcə, tarixi oxumaq və başa düşmək lazımdır ki, bütün bunlar heç kim üçün izsiz keçmir” -erməni milyarder belə deyib./Moderator.az

Tacxeber.com

Oxşar xəbərlər