“Əmək pensiyalarının maliyyələşdirilməsinə 5 milyard 907 milyon manat və ya cari ilə nisbətən 650 milyon manat çox, məcburi dövlət sosial sığorta haqqı hesabına verilən müavinətlərə isə 170 milyon manat yönəldiləcək”.
Tacxeber.com xəbər verir ki, bunu “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir deyib ki, əmək pensiyalarının orta aylıq məbləği cari ildə 371 manat, yaşa görə əmək pensiyalarının orta məbləği isə 400 manat təşkil edir: “Növbəti ümumilikdə əmək pensiyalarının orta aylıq məbləğinin 420 manatın üzərinə çıxacağını proqnozlaşdırırıq”.