Yeni elmi araşdırma göstərib ki, Yer üzünün orta statistik sakini sutkada 3-4 saat televizora baxmağa sərf edir. Müasir dövrdə televizoru noutbuk və telefon daha çox əvəz etdiyi üçün insanlar verilişlərə burdan baxır.
Televizora baxmaq orta insanın ömrünün 9 ilini aparır.
Nəzərə alsaq ki. televiziyada təqdim olunan hər informasiya bizim üçün aktual olmur, bu işi əksər halda fatdasız hesab etmək olar.
Bu hələ hamısı deyil. Televizor, komputer qarşısında saatlarla əyləşmək orqanizm üçün çox zərərlidir.
fatdasız hesab etmək olar.
Bu hələ hamısı deyil. Televizor, komputer qarşısında saatlarla əyləşmək orqanizm üçün çox zərərlidir.
“Medicina” xəbər verir ki, televiziyaya baxmağın Azərbaycan tamaşaçısına 5 zərərini təqdim edir.
1. Arterial təzyiqi yaradan amillərə səbəb olur – həərəkətsizlik, qan dövranı pozulması, stresli informasiya
2. Hazırda insanlar geniş ekran televizora baxır. Evlərin kvadrata kiçikdirsə, bu zaman otağın ölçüsü ilə televizorun uzaqlığı uyğun gəlmir. İzləyici ekrana təhlüli uzaqlıqda baxır. Televizorla arasında bəzən 2 metr məsafə olmur.
Belə olduqda, gözlərdə gərginlik, təzyiq artır, bu da baş ağrısı, təzyiqə səbəb olur.
3. Televizor önündə keçən hər saat ürək-damar xəstəlikləri riskini 7%artırır. Gündə 4-5 saat televizora baxanlar baxmayanlardan 2 dəfə tez ölür.
4. Nevroz və təşvişin artması – hazırda çox verilişlər, filmlər neqativ mövzuludur. Xeyirxah, romantik, sakit filmlər keçmişdə qaldı.
Səhər tezdən axşam yatana kimi televiziya beyni neqativlə doldurur. İnsanlar dünyada baş verən faciələri izləyir. Xəbərlər elə aqressiv formada hazırlanır ki, insanda təşviş, stress, nevrozluq artır. Bu da psixi problemləri artırır.
5. Kişilərdə cinsi zəiflik yaradır. Televizor, komputer qarşısında əyləşmək qan dövranını pozur, testosteron azalır, bu da erektil disfunksiyaya səbəb olur.
Araşdırma göstərib ki, televizor qarşısında 4-5 saat vaxt keçirən kişilərdə eakulyasiya və sperm keyfiyyəti 30% aşağı düşür
Uşaqları isə xüsusən televizordan uzaq tutmaq lazımdır. Onlar üçün norma 30 dəqiqədir. İndiki cizgi filmləri də bəd xəbərlər kimi aqressivdir, psixikaya təsir edir.
Tacxeber.com