Fazil Məmmədov vəfat etdi Gündəm Hadisə 04 Noyabr 2022 09:02 1042 PaylaşAzərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov vəfat edib.Tacxeber.com xəbər verir ki, bu barədə Report-a ailəsindən məlumat verilib.Bildirilib ki, F.Məmmədov ötən gecə Türkiyədə müalicə olunduğu xəstəxanada ürək çatışmazlığından vəfat edib.Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.Mərhumun harada dəfn olunacağı dəqiqləşdirilir.Xatırladaq ki, Fazil Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.Tacxeber.com