• 23 Noyabr 2024 00:04

Mask niyə “Twitter”də çox funksiyanı pullu təqdim etmək istəyir? – AÇIQLAMA

Mask niyə “Twitter”də çox funksiyanı pullu təqdim etmək istəyir? - AÇIQLAMA

Elon Maskın niyə “Twitter”də çox funksiyanı pullu təqdim etmək istədiyi məlub olub. O, həmin sosial şəbəkəni almaq üçün götürdüyü 13 milyard dollarlıq yüksək faizli krediti tez bir zamanda qaytarmalıdır.

Xəbər verdiyimiz kimi, Twitter tanınmış istifadəçilərə şəxsi mesajlar göndərmək də daxil olmaqla, platformasına yeni ödənişli funksiyalar təqdim etməyi düşünür.

Tacxeber.com xarici mətbuata istinadən bildirir ki, ödənişli tətbiqlə bağlı müzakirələr şirkətin Elon Mask tərəfindən alınmasından dərhal sonra başlayıb. Mətbuatın məlumatına görə, Mask yüksək faizlə, təxmini 13 milyard dollar kredit götürdüyü üçün bu tədbirlər tez qazanc əldə etmək məqsədi daşıyır.

Eyni zamanda Mask şirkət işçilərini kütləvi şəkildə ixtisar etməyi də nəzərdən keçirir. Twitter işçilərinin yarısı ixtisara düşə bilər. İşçilərin ixtisarına noyabrın 4-dən başlanacağı gözlənilir. “The New York Times” qəzetinin yazdığına görə, bəzi işçilərə şirkətdə tezliklə ixtisarların başlanması ilə bağlı elektron məktublar göndərilib. “Twitter-i düzgün idarə etmək üçün qlobal işçi qüvvəmizi azaltmaq kimi çətin prosesdən keçəcəyik. Biz başa düşürük ki, bu, “Twitter”ə dəyərli töhfələr vermiş bəzi şəxslərə təsir edəcək. Lakin çox təəssüf, şirkətin tanıtımında uğur əldə etmək üçün belə bir addım lazımdır”- məktubdan sitat.

Tacxeber.com

Oxşar xəbərlər