• 23 Noyabr 2024 00:57

Mövsümü xəstəlik, yoxsa yeni virus?- İnfeksionist AÇIQLADI

Mövsümü xəstəlik, yoxsa yeni virus?- İnfeksionist AÇIQLADI

Havaların soyuması ilə xəstəliklərin baş qaldırması bir oldu. Əksəriyyət bunun mövsümi xəstəlik olduğunu desə də, bəziləri yeni virus yayıldığını iddia edir.

Tacxeber.com xəbər verir ki, infeksionist Sədiqə Əliyeva mediaya açıqlamasında bildirib ki, payız mövsümü olduğundan, xəstələnmələr də artır: “Payız mövsümündə kəskin respirator virus infeksiyaları aktivləşir, yəni əhali arasında yoluxma halları çox olur. Həmçinin, soyuqların düşməsi ilə əlaqədar soyuqdəymə halları da yayılıb. Xəstə insan maskadan istifadə etsə, xəstəliyi sağlam insanlara yoluxdurmaz”.

Onun sözlərinə görə, son vaxtlar yayılan xəstəliyin kəskin respirator infeksiyalarından hansı olduğunu simptomlarla müəyyənləşdirmək olmur, yalnız laboratoriyada bunu bilmək olur.

Həkim bildirib ki, bu infeksiyaların əlamətləri bir-birinə oxşardır. Bəzi kiçik əlamətləri çıxmaq şərti ilə kəskin respirator viruslarının birini digərindən fərqləndirmək mümkün deyil.

“Qorunmaq üçün insanlar şəxsi gigiyena qaydalarına diqqət etməli, əllərini daim təmiz saxlamaları, xəstə insanlarla məsafə qorumalıdırlar”, – deyə Sədiqə Əliyeva əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər