• 09 Oktyabr 2024 00:37

“Pulumu xərcləməyə qıymıram“ – Xanəndə

“Pulumu xərcləməyə qıymıram“ - Xanəndə


“Pandemiya insanın ruhunu tamam dəyişdi. Mən də başqa insan oldum. Evə baxıram, pula baxıram, sonra deyirəm, yox, xərcləməyim”.

Tacxeber.com Pravda-ya istinadla xəbər verir ki, bunu Əməkdar artist Elnarə Abdullayeva “Həmin Zaur” proqramında deyib.

Muğam ifaçısı 5 ildir tikdirdiyi villasından danışıb.

O bildirib ki, pulunu xərcləməkdən qorxur:

“Evimin işinin 20 faizi qalıb. Amma pulumu xərcləməyə qıymıram. Qorxuram, deyirəm, yenidən pandemiya olar, ac qalaram. Pandemiyadan sonra çalışıram ki, kefimi yaxşı və kök tutum. Hirslənəndə özümə deyirəm ki, Elnarə sakit ol, sən dünyanı düzəltməyəcəksən, canından muğayat ol. Çalışıram bu yolla özümü tərbiyələndirim”.

Tacxeber.com

Oxşar xəbərlər