Haqq Ədalət Partiyasının (HƏP) İdarə Heyətinin iclası keçirilib.
Tacxeber.comxəbər verir ki, HƏP sədri Əli İnsanovun sədrliyi ilə keçirilən iclasda bir sıra məsələlər müzakirə olunub, qərarlar qəbul edilib. Ə. İnsanov qeyd edib ki, Prezident İlham Əliyev öz tarixi missiyasını uğurla yerinə yetirməkdə davam edir. O, Azərbaycanın uğurlu xarici siyasət apardığını qeyd edib.
Partiya sədri Prezident İlham Əliyevin yaranan tarixi fürsətlərdən məharətlə yararlandığını da diqqətə çatdırıb.
Ə. İnsanov bildirib ki, bütün bunları nəzərə alaraq Haqq Ədalət Partiyası İlham Əliyevin yürütdüyü siyasəti birmənalı olaraq dəstəkləyir.