• 22 Noyabr 2024 20:59

Türk şəhəri olan Hacıbəy hansı tarixdən sonra Odessa olub .

25 sentyabr 1789-cu il.
Türkiyə və Rusiya arasında 1787-1792-ci illər müharibəsinin gedişində 305 il Osmanlı dövlətinin tərkibində olan Hacıbəy şəhəri rusların əlinə keçir. O zaman ruslar Qara dəniz sahillərində saldıqları yeni şəhərlərə yunanca adlar qoyurdular. Məsələn, Sevastopol (müqəddəs şəhər), Tiraspol (Dnestr çayının yunanca adı və polis- şəhər).

Bu, yəqin ki, II Yekaterinanın Rusiyanı Bizansın varisi göstərmək siyasətinin və Osmanlı imperiyasının bölüşdürülməsini nəzərdə tutan “yunan layihəsi”nin bir parçası idi. Hacıbəyin adı da çariçanın fərmanı ilə dəyişdirilərək antik dövrlərdə bu ərazilərdə olan Odessos yunan koloniyasının şərəfinə Odessa adlandırıldı.

Odessa hazırda Ukraynanın ərazisindədir, Kiyev və Xarkovdan sonra üçüncü milyonluq şəhər sayılır. Mühüm liman şəhəridir.

Odessa Rusiya imperiyasının və SSRİ-nin kriminal mərkəzlərindən biri hesab olunurdu. Buna görə də cinayətkarlar arasında “Rostov atadır, Odessa ana” (Ростов папа, Одесса мама) deyimi yaranmışdı.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər