Bu barədə “Bild” jurnalının hərbi eksperti Julian Repke bildirib.
O, qeyd edib ki, iri tonnajlı İl-76 yük gəmisi cümə axşamı səhər tezdən Tehrandan havaya qalxaraq günorta saatlarında Moskvanın Vnukovo hava limanına enib.
“Bild” təyyarənin boşaldılması zamanı çəkilmiş iki fotonu təhlil etdikdən sonra bu qənaətə gəlib. Kadrlarda böyük qutuların anbara daşınması prosesi əks olunub.
Vnukovoda eniş edən təyyarə rəsmi olaraq İranın “Pouya Air” aviaşirkətinə məxsusdur. Bu aviaşirkət 2012-ci ilə qədər “Yas Air” adlanıb və ABŞ sanksiyalar siyahısına daxil edildikdən sonra adını dəyişib.
ABŞ Maliyyə Nazirliyi iddia edir ki, aviaşirkət “İnqilab Keşikçiləri Qvardiyasının adından Yaxın Şərqdəki iranlı müştərilərə qeyri-qanuni yükləri, o cümlədən silahları çatdırır”. (Bakupost)
Tacxeber.com