• 22 Noyabr 2024 19:39

“Dünya 5-dən böyükdür” dedik, bu da təsdiqi…

Rusiya-Ukrayna böhranı beynəlxalq təhlükəsizliyi təmin etmək vəzifəsi olan BMT Təhlükəsizlik Şurası kimi qurumların uğursuzluqlarını üzə çıxardı.

Tacxeber.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İllərdir müdafiə etdiyimiz “Dünya beşdən böyükdür” fikrinin doğruluğu inkişaf edən hadisələrlə bir daha təsdiqini tapdı. Son 60-70 ilin ən yüksək göstəricilərinə çatan qlobal inflyasiya isə bəşəriyyətə tətbiq edilən mövcud iqtisadi modellərin dilemmalarını göstərdi. Bütün bunlarla yanaşı, dünyada siyasət-iqtisadiyyat, siyasət-diplomatiya, siyasət-təhlükəsizlik münasibətləri də sorğulanmaqdadır. Dövlətin rolu ilə bağlı mübahisələrin də yenidən alovlandığını görürük. Müdafiə sənayesinə qoyulan sərmayələri israf kimi görənlər bu gün öz milli büdcələrində əsas payı silah və sursat alınması üçün ayırırlar”, – Ərdoğan bildirib.

Tacxeber.com

Oxşar xəbərlər