• 08 Sentyabr 2024 06:34

Filippində qasırğada ölənlərin sayı 155-ə çatıb, 129 nəfər xəsarət alıb

Filippində qasırğada ölənlərin sayı 155-ə çatıb, 129 nəfər xəsarət alıb

Filippində tüğyan edən “Nalji” tropik qasırğası 4,23 milyondan çox insana zərər vurub.

Tacxeber.com TASS-a istinadən xəbər verir ki, ölkənin Risklər barədə xəbərdarlıq və təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şurasının məlumatına görə, 155 nəfər qasırğanın qurbanı olub, daha 129 insan xəsarət alıb.

Məlumata görə, 1,01 milyon məcburi köçkün 1 038 təxliyə mərkəzində yerləşdirilib. 355,4 mindən çox insan evlərini əvvəlcədən tərk edib.

Qasırğa 24,9 min evə ziyan vurub, 3 mindən çox ev dağılıb. Eyni zamanda, 671 infrastruktur obyektinə dəyən ziyan 4,17 milyard peso (71,37 milyon ABŞ dolları) məbləğində qiymətləndirilir.

Kənd təsərrüfatına dəyən zərər 2,82 milyard peso (48,33 milyon ABŞ dolları) həcmində qiymətləndirilir. Hökumət yardım üçün artıq 159,7 milyon peso (2,73 milyon dollar) ayırıb.

Tacxeber.com

Oxşar xəbərlər