• 25 Fevral 2024 02:58

Gömrük rüsumu azaldılır

Həcmi 2 millilitr və ya daha az olan, həcmi 2 millilitrdən çox, lakin 5 millilitrdən çox olmayan, – həcmi 5 millilitrdən çox, lakin 10 millilitrdən çox olmayan, həcmi 10 millilitrdən çox, lakin 20 millilitrdən çox olmayan və digər plastmasdan iynəli və ya iynəsiz şprislərin ölkəyə idxalı 31 dekabr 2024-cü ildən idxal gömrük rüsumundan azad edilir.

Tacxeber.com-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb.

31 dekabr 2024-cü ilə qədər iynəli və ya iynəsiz şprislərin həcmi 2 millilitr və ya daha az olanların 1 ədədi üçün 0,02 ABŞ dolları, həcmi 2 millilitrdən çox, lakin 5 millilitrdən çox olmayanların 1 ədədi üçün 0,025 ABŞ dolları, həcmi 5 millilitrdən çox, lakin 10 millilitrdən çox olmayanların 1 ədədi üçün 0,03 ABŞ dollar, həcmi 10 millilitrdən çox, lakin 20 millilitrdən çox olmayanın 1 ədədi üçün 0,04 ABŞ dolları, digərlərinin 1 ədədi üçün 0,04 ABŞ dolları idxal gömrük rüsumu tətbiq olunacaq.

Qeyd edək ki, insulin üçün nəzərdə tutulan və həcmi 1 millilitr (ml) və ya daha az olan plastmasdan iynəli və ya iynəsiz şprislərin ölkəyə idxalı gömrük rüsumundan azaddır.

Tacxeber.com

Oxşar xəbərlər