• 22 Noyabr 2024 21:24

O əməliyyatı müharibə dövründə DTX keçiribmiş…

O əməliyyatı müharibə dövründə DTX keçiribmiş...

“Müharibə dövründə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən İraq və Suriyadan gətirilmiş, terror qruplaşması ilə əlaqəli olan şəxslərin radio danışıqlarının əldə olunması, döyüşlərdə iştirak edən livanlı muzdlu-terrorçunun saxlanılaraq məsuliyyətə cəlb edilməsi Azərbaycana qarşı aparılan hərbi əməliyyatlarda müəyyən maddi qarşılıq müqabilində düşmən tərəfində xarici vətəndaşların iştirakını təsbit edən faktlar kimi vurğulanmalıdır”.

Tacxeber.com xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev “Azərbaycan” qəzetində dərc olunan yazısında qeyd edib.

Əli Nağıyev müəllif yazısında rəhbəri olduğu qurum tərəfindən müharibədən sonrakı dövrlərdə keçirilən bəzi əməliyyatlardan da bəhs edib. Məlum olub ki, Fərrux yüksəkliyindəki əməliyyatı da DTX keçirib:

“Müharibədən sonrakı dövrlərdə ağır məğlubiyyətdən dərs çıxarmayan erməni silahlı birləşmələrinin törətdikləri təxribatların qarşısının alınması məqsədilə 2020-ci ilin dekabr ayında Xocavənd rayonunun Hadrut qəsəbəsində və 2022-ci ilin mart ayında Xocalı rayonunun Fərrux yüksəkliyində Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı qüvvələrinin keçirdikləri uğurlu antiterror əməliyyatları, həmçinin 2021-ci ilin may ayında Kəlbəcər rayonunun Dəmirdağ yüksəkliyində Azərbaycan Ordusunun təminat yollarını minalayan Ermənistanın kəşfiyyat-diversiya qrupunun terrorçuluq fəaliyyətinin qarşısının alınması əməliyyatı da xüsusilə qeyd edilməlidir”.

Tacxeber.com

Oxşar xəbərlər