Rusiyada 15 nəfərin həlak olduğu yanğının baş verdiyi kafe azərbaycanlıya məxsusdur – YENİLƏNİB + FOTO/VİDEO
Ölümlə nəticələnən yanğının baş verdiyi Kostromadakı kafe vilayət dumasının deputatı və “Vahid Rusiya” fraksiyasının üzvü İxtiyar Mirzəyevə məxsusdur.
O, 1969-cu ildə Yardımlı rayonunun Ostayır kəndində doğulub.
Pirotexniki vasitədən istifadə edən şəxs barəsində cinayət işi başladılıb.
Qeyd edək ki, faciə nəticəsində həlak olanların sayı artıq 15 nəfərə çatıb.
10:14
Rusiyanın Kostroma şəhərində “Poliqon” kafesində yanğında həlak olanların sayı artıb.
Bu barədə Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Faciə nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
09:34
Rusiyanın Kostroma şəhərində yanğında həlak olanların sayı artıb.
Bu barədə Kostroma Vilayət Prokurorluğunun nümayəndəsi məlumat verib.
Yanğın zamanı ölənlərin sayı yeddiyə çatıb.
Yanğına pirotexniki vasitələrdən istifadə səbəb olub.
08:32
Rusiyanın Kostroma şəhərində “Poliqon” kafesində baş verən yanğında 5 nəfər ölüb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Daha dörd nəfərin yaralandığı bildirilir.
Həmçinin 3,5 min kvadratmetr sahədə dam örtüyü uçub. 250 nəfər ərazidən təxliyə olunub.