ABŞ hakimiyyəti Şimal Buzlu Okeanındakı Vrangel adasını Rusiyadan almalıdır
Tacxeber.com xarici mediyaya istinadən bildirir ki, bu çağırış Amerika mətbuatı tərəfindən edilib.
ABŞ mətbuatı Rusiyanın ABŞ-ın Şimal Buzlu okeanındakı bu ərazisini 1924-cü ildən bəri özündə saxladığını iddia edib.
Yerin ən böyük təbiət möcüzələrinə sahib olan bu ada əslində ABŞ-a məxsusdur.
Amerikalı jurnalist Tomas Emanuel Dans Vrangel adasında Rusiya hərbi bazası yerləşdiyini və bunun Amerikanın suverenliyinə təhlükə yarada biləcəyini qeyd edir.
Jurnalist ABŞ Hərbi Hava Qüvvələrinin adanın yaxınlığında Rusiya bombardmançı təyyarələrinin qarşısını aldığını və bu təyyarələrin Alyaska sərhədləri boyunca uçuş apardığını vurğulayıb.
Qeyd edək ki, Wrangelin adı Ferdinand Wrangelin şərəfinə verilmişdir.
17 mart 2021-ci ildə ABŞ-ın Şimal Komandanlığının rəhbəri Qlen Vanherke Çinlə yanaşı Rusiyanın da Amerikanın müdafiəsinə ciddi təhlekə olmaqda davam etdiyini bildirib. Hərbi komandir ABŞ və Kanadanın soyuq müharibədən sonrakı illərlə müqayisədə keçən il Alyaska sahillərində daha çox Rusiya hərbçilərinin uçuşuna cavab verildiyini bildirib.
Xatırladaq ki, 2021-ci ildə Rusiya Müdafiə Nazirliyinə yaxın mənbələr Rusiyanın Arktikada müxtəlif hündürlüklərdə uçan gizli pilotsuz uçuş aparatları (PUA) aşkarladığını bildirmişdi.