• 27 İyul 2024 03:46

Kürdəmirdə 17 yaşlı qadın doğuş zamanı ÖLDÜ 

Kürdəmirdə 17 yaşlı qadın doğuş zamanı ÖLDÜ 

Kürdəmirdə yeniyetmə doğuş zamanı vəfat edib.

Tacxeber.com apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.Məlumata görə, 17 yaşlı Şəbnur İsmiyeva ötən gün doğuş zamanı dünyasını dəyişib.

Məlumata görə, Şəbnur İsmiyeva bir il əvvəl kənd sakini ilə evlənib. Lakin onların rəsmi nikahı olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Kürdəmirdə yeniyetmənin doğuş zamanı vəfat etməsi ilə bağlı cinayət işi başlayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, noyabrın 06-sı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında 2005-ci il təvəllüdlü Şəbinur İsayevanın qeysəriyyə əməliyyatından sonra səhhətinin pisləşməsi nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.Qeyd edək ki, 17 yaşlı Şəbnur İsmiyeva ötən gün doğuş zamanı dünyasını dəyişib.

Şəbnur İsmiyeva bir il əvvəl kənd sakini ilə evlənib, lakin onların rəsmi nikahı olmayıb.

Tacxeber.com

Oxşar xəbərlər