• 27 İyul 2024 11:08

Monika Belluççi “Style Magazine” jurnalının üz qabığında çəkilən ilk qadın oldu – FOTO

Monika Belluççi “Style Magazine” jurnalının üz qabığında çəkilən ilk qadın oldu – FOTO

İtalyan aktrisa və model Monika Belluççi “Style Magazine” jurnalının üz qabığına çıxan ilk qadın olub.

Tacxeber.com xəbər verir ki, müvafiq şəkillər jurnalın “Instagram”dakı rəsmi səhifəsində yerləşdirilib.

58 yaşlı Belluççi jurnal üçün “Dolce&Gabbana” obrazında poza verib. Onunla birlikdə şəkillər üzərində fotoqraf Loran Yumber və stilist Sesil Martin çalışıb.

“Mən xəyallarımın nəticəsiyəm”, – deyə nəşrin üz qabığında qeyd olunub.

Oxşar xəbərlər