• 24 Oktyabr 2024 08:23

Pike karyerasını başa vurdu – Şəkillər

Pike karyerasını başa vurdu - Şəkillər

“Barselona”nın müdafiəçisi Jerar Pike futbolçu karyerasını başa vurub.

Dünən La Liqanın 13-cü turunda “Kamp Nou” stadionunda “Almeriya”ya qarşı keçirilən matç (2:0) 35 yaşlı oyunçunun karyerasında son qarşılaşması olub. Pike sözügedən görüşdə start heyətdə meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib. O, son oyununda göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Pike 2004-cü ildə “Mançester Yunayted”ə keçib. İspaniya millisinin sabiq üzvü 2006-cı ildə “Real Saraqosa”ya bir illik icarəyə verilib. 2008-ci ildə isə Kataloniya klubuna qayıdıb. (Qol.az)

Oxşar xəbərlər