• 20 Sentyabr 2024 02:25

“Qarşıda varlığımız üçün bir döyüş var və biz qalib gəlməliyik” – Saqatelyandan SƏRSƏMLƏMƏ

“Dünən Ermənistan Qarabağın çağırışına cavab verdi, dünən Qarabağ və bütün dünya bu cavabı eşitdi”.

Tacxeber.com xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının deputatı İşxan Saqatelyan öz Facebook səhifəsində yazıb.

“Dünən Qarabağa dəstək və Ermənistanın müdafiəsi üçün “Birlik” aksiyası keçirilib.

Xankəndidə keçirilən mitinqdən bir həftə sonra həmin görüşə və orada səslənən aydın mesajlara dəstək olaraq Ermənistanda sosial şəbəkələrdəki yazılardan başqa bu “mühüm” mitinqə heç bir formatda reaksiya verilmədi. Hakimiyyət və onların mələkləri Qarabağdakı mitinqi tənqid və istehzaya üstünlük verdilər.

Dünənki mitinqin keçirilməsi üçün böyük səylər göstərildi.

Dünən ən “vacib” çıxış erməni Apostol Müqəddəs Kilsəsinin mövqeyi oldu. Dünən ölən əsgərin anası mübarizəni davam etdirməyə hazır olduğunu təsdiqləyib.

Dünən biz birlikdə qərara gəldik ki, Qarabağın öz müqəddəratını təyinetmə hüququnu məhdudlaşdıran, varlığımızı təhlükə altına qoyan istənilən saziş etibarsız elan edilsin.

Bəli, biz həm ordu qurub, həm də döyüşməliyik, artıq bir dəfə uğur qazanmışıq, bu dəfə də uğur qazanmalıyıq.

Məğlubiyyətlər və uğursuzluqlar yalnız zəiflərin mübarizədən əl çəkməsi üçün bəhanə ola bilər.

Dünən Ermənistan Qarabağın çağırışına cavab verdi.

Biz sona qədər mübarizə aparacağıq və bütün gücümüz, resurslarımızla Qarabağ və Ermənistan adına istənilən təşəbbüsü dəstəkləyəcəyik.

Qarşıda varlığımız üçün bir döyüş var və biz bu döyüşdə qalib gəlməliyik”, – deyə Saqatelyan sərsəmləyib.

Oxşar xəbərlər