• 27 İyul 2024 03:40

Suriyada qaçqın düşərgəsinə hücum: 6 ölü, 17 yaralı

Suriyada qaçqın düşərgəsinə hücum: 6 ölü, 17 yaralı

Əsədə bağlı qüvvələrin Suriyanın Kafr Cəls qəsəbəsindəki qaçqın düşərgəsinə hücumu nəticəsində 6 nəfər ölüb, 17 nəfər yaralanıb.

Tacxeber.com xəbər verir ki, Suriyada Əsədə sadiq qüvvələr İdlib şəhərinin Kafr Cəls qəsəbəsindəki qaçqın düşərgəsini hədəf alıb. Çoxlu sayda top mərmisi ilə həyata keçirilən hücumda 2-si uşaq olmaqla 6 nəfər həyatını itirib, 17 nəfər yaralanıb.

Hadisə yerinə gedən mülki müdafiə qrupları, ilk müdaxilənin ardından yaralıları xəstəxanaya göndərib.

Tacxeber.com

Oxşar xəbərlər