• 08 Sentyabr 2024 06:26

Türkiyədə mədəndə partlayış: yaralılar var

Türkiyənin Zonquldaq vilayətinin Kilimli rayonunda daş kömür mədənində baş verən partlayışda 4 işçi yaralanıb.

Tacxeber.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Yaralılar xəstəxanaya aparılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə xilasetmə qrupu, polis, tibb işçiləri, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) əməkdaşları cəlb olunub.

Partlayışın başvermə səbəbi açıqlanmır.

Tacxeber.com

Oxşar xəbərlər