Xankəndidəki səhnələşdirilmiş mitinq-tamaşadan sonra İrəvanda da analoji tədbir keçirildi.
Tacxeber.com xəbər verir ki, bu sözləri “Milli müdafiə” jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko ötən gün İrəvanın Fransa meydanında baş tutan mitinqlə bağlı qeyd edib.
“Məqsəd Ermənistanın Azərbaycan Qarabağına olan ərazi iddialarına “xalq dəstəyini” gücləndirmək, onları “legitimləşdirmək” və bununla da İrəvanla Bakı arasındakı sülh müqaviləsinin imzalanmasını pozmaqdır”, – o bildirib.
Xatırladaq ki, 30 oktyabrda Qarabağa göndərilən erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanın külli miqdarda vəsait xərcləməsi ilə Ermənistandan gətirilən ermənilərlə Xankəndidə “izdihamlı mitinq” təşkil edilmişdi.
Ötən gün isə analoji aksiya İrəvanda, Fransa meydanında gerçəkləşdirildi. Bu aksiyaya ikinci prezident Rober Köçəryanın da qatılması isə sifarişin Rusiyadan gəldiyi ehtimallarını artırır.