• 27 İyul 2024 04:15

03:15 08.11.2022 Sabah “Qanlı Ay” tutulması baş verəcək

2022-ci ilin ikinci Ay tutulması noyabrın 8-i baş verəcək.
Tacxeber.com metbuat.az-a istinadən xəbər verir ki, tutulma zamanı ayın özünəməxsus qırmızımtıl çalarlarına görə bu tutulmaya “Qanlı Ay” da deyilir.Bu həftə olacaq Ay tutulmasından sonra növbəti tutulma 2025-ci il 13-14 marta qədər olmayacaq.Ay tutulması Avropa, Afrika və Asiyadan görünəcək. Tutulma bizim ölkədə gündüz saatlarına təsadüf etdiyi üçün onu izləmək mümkün olmayacaq.

Qeyd edək ki, Ay tutulması Yer kürəsinin Ay və Günəş arasına girməsi zamanı baş verən astronomik hadisədir. Yer Günəşdən Aya gələn şüaları kəsdiyi üçün Yerin kölgəsi Aya düşür və bu hadisəyə tutulma deyilir. Qanlı Ay tutulmasında isə Günəş şüalarının Aya çatmasının qarşısı alındığı üçün Ay yalnız mavi filtrlə Yer atmosferindən əks olunan işıqla işıqlandırılır və buna görə də qırmızı görünüş alır.

Tacxeber.com

Oxşar xəbərlər