• 27 İyul 2024 10:53

ABŞ-ın ŞOK “Zelenski planı” – Ağ Ev Ukrayna liderini NƏYƏ MƏCBUR EDİR?

Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə başlayan müharibə ölkənin şərq bölgələrində bütün şiddəti ilə davam edir. Ukraynanın öz torpaqlarını geri almaq üçün hücuma keçdiyi bir vaxtda ABŞ mətbuatı yeni iddiaları gündəmə gətirib.

Tacxeber.com Musavat.com-a istinadən xəbər verir ki, The Wall Street Journal (WSJ) çox məxfi söhbəti deşifrə edib.

Qəzet ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov və həmkarı Nikolay Patruşevlə görüşdüyünü yazıb.

WSJ sözügedən xəbəri adı açıqlanmayan ABŞ rəsmilərinə əsaslandırıb. Görüşün Ukraynada nüvə silahından istifadəyə qarşı xəbərdarlıq etmək və davam edən münaqişələrin gərginləşməsi riskini azaltmaq üçün keçirildiyi vurğulanıb.

Sallivanın Rusiya rəsmiləri ilə görüşü barədə WSJ-yə danışan ABŞ rəsmiləri Ağ Evin bu danışıqlara bel bağlamadığını bildirib. Eyni mənbələr pessimist mənzərəyə baxmayaraq, Rusiya ilə əlaqə kanalının yaradılmasının vacibliyinə diqqət çəkiblər.

KREMLDƏN İLK BƏYANAT

thumbs_b_c_536081aa8de9423d256308f751843d86.jpg (128 KB)

Kremlin sözçüsü Dmitri Peskova WSJ-da yayımlanan xəbərlə bağlı sual ünvanlanıb, lakin o, məsələ ilə bağlı şərh verməkdən imtina edib: “Bir daha deyirəm, bəzi doğru xəbərlər var, lakin onların əksəriyyəti sırf spekulyasiyadır”.

Rusiyanın danışıqlara açıq olduğunu vurğulayan Peskov Ukraynanı ittiham edərək bildirib ki, Kiyev Moskva ilə görüşdən imtina etdiyi üçün onlar danışıqlar apara bilməyiblər.

ABŞ-ın “ZELENSKİ PLANI”

Digər tərəfdən, ABŞ-ın aparıcı qəzetlərindən olan “Washington Post” ABŞ-ın Rusiya ilə görüşməsi üçün Ukraynaya təzyiq etdiyini yazıb.

Qəzet adı açıqlanmayan mənbələrə istinad edərək, ABŞ rəsmilərinin tələbinin Ukraynanı danışıqlar masasına oturtmaq məqsədi daşımadığını vurğulayıb. Sözügedən mənbələrə görə, ABŞ Zelenskiyə təzyiq edir ki, Putinlə görüşə qoyulan qadağanı qaldırsın və nüvə müharibəsi təhlükəsinin artması fonunda müharibəni bitirsin.

“Müzakirələr Bayden administrasiyasının Ukrayna ilə bağlı mövqeyinin nə qədər mürəkkəbləşdiyini nümayiş etdirir” – qəzet yazır.

Tacxeber.com

Oxşar xəbərlər