Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə bu mərhələnin cütlükləri müəyyənləşib.
Səpələnmişlər səbətində yer alan komandalar ilk oyunu səfərdə keçirəcək.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
“Leyptsiq” (Almaniya) – “Mançester Siti” (İngiltərə)
“Brügge” (Belçika) – “Benfika” (Portuqaliya)
“Liverpul” (İngiltərə) – “Real” (İspaniya)
“Milan” (İtaliya) – “Tottenhem” (İngiltərə)
“Ayntraxt” (Almaniya) – “Napoli” (İtaliya)
“Borussiya” (Dortmund, Almaniya) – “Çelsi” (İngiltərə)
“İnter” (İtaliya) – “Portu” (Portuqaliya)
PSJ (Fransa) – “Bavariya” (Almaniya)
Qeyd edək ki, 1/8 finalın ilk oyunları 14-15 və 21-22 fevralda, cavab matçları isə 7-8 və 14-15 martda olacaq.