Tacxeber.com xəbər verir ki, dünyada ilk dəfə olaraq laboratoriyada hazırlanmış qan insana köçürülüb. Davamlı qanköçürmə tələb edən xəstəliklərin müalicəsi üçün həyati əhəmiyyətli bir ixtira edilmişdir. Təcrübənin ilk mərhələsində tədqiqatçılar az miqdarda qanı insan orqanizminə necə təsir edəcəyini araşdıracaqlar.
İngiltərədə 10 sağlam insan üzərində başlayan klinik araşdırma çərçivəsində laboratoriyada hazırlanan qan insana radioaktiv maddə ilə işarələnərək verilir.
Qanköçürmələrin əksəriyyətinin adətən donordan alınan qanla yapıldığını qeyd edən mütəxəssislər, xüsusilə də qəza və ya əməliyyat zamanı həyati əhəmiyyət kəsb edən, lakin çox nadir və əldə edilməsi çətin olan qan qrupları hazırlamağı hədəfləyirlər.