• 18 Oktyabr 2024 07:18

İmmuniteti gücləndirən, iltihabı azaldan, orqanizmi təmizləyən faydalı içki. Qədim resept

Bu içki qədim Çin və Hindistanın təbabətində müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə olunurdu.

İçkinin tərkibi çox sadədir – limon və sarıkök. Limonlu-sarıköklü içkinin bir çox faydalı xüsusiyyətləri var.

Tacxeber.com  medikforum.ru-ya istinadla sizə bu faydaları təqdim edir:

– soyuqdəymə və qripp xəstəlikləri zamanı sağalmanı tezləşdirir, xəstənin vəziyyətini yüngülləşdirir

– orqanizmdə iltihabları azaldır

– orqanizmə xərçəng əleyhinə təsir edir

– nəfəsalma orqanların sağlamlığı üçün faydalıdır

– orqanizmi ziyanlı maddələrdən təmizləyir

– orqanizmin tonusunu qaldırır

– əzələ ağrılarını azaldır

– böyrəklərin sağlamlığı üçün faydalıdır

– orqanizmi cavanlaşdırır.

İçkini hazırlamaq üçün 250 ml ilıq su, 1/3 ç.q. sarıkök və yarım limonun şirəsi götürülür.  Sarıkök və limon şirəsi suya əlavə olunur, yaxşı qarışdırılır. 1 ç.q. bal əlavə edə bilərsiniz.

Nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər zamanı (qaraciyər, öd kisəsi xəstəlikləri və s.) bu içkinin qəbul etməyi tövsiyə edilmir.   (Saglamol.az)

Tacxeber.com

Oxşar xəbərlər