• 16 Sentyabr 2024 22:54

İran Ermənistanla ticarət dövriyyəsini ARTIRACAQ – 1 milyard dollar…

İran Ermənistanla ticarət dövriyyəsini ARTIRACAQ - 1 milyard dollar...

İran parlamentində Tehranın və şimali İran ermənilərinin deputatı Ara Şahverdian İran və Ermənistan arasında ticarət dövriyyəsinin 1 milyard dollara qədər artırılacağını deyib.

Tacxeber.com “ParsToday”ə istinadən məlumatına görə, Şahverdiyan qeyd edib ki, İranla Ermənistan arasında ticarət dövriyyəsi hazırda 700 milyon dollardır, lakin onun 1 milyard dollara çatdırılması üçün addımlar atılmalıdır.

İranlı erməni deputat qeyd edib ki, koronavirusun yayılması son illərdə ikitərəfli Ermənistan-İran iqtisadi münasibətlərinə ciddi təsir göstərməyib və hər iki ölkənin liderləri münasibətlərin inkişafı istiqamətində maksimum əzm nümayiş etdiriblər.

Şahverdian onu da vurğulayıb ki, Ermənistan geosiyasi əhəmiyyəti və Aİİ-nin digər ölkələr üçün yol körpüsü olması baxımından İran üçün xüsusi əhəmiyyət kəsb edir.

Tacxeber.com

Oxşar xəbərlər