• 23 Noyabr 2024 02:49

Kseniya Sobçak gizli qaçdığı Rusiyaya geri dönüb

Kseniya Sobçak gizli qaçdığı Rusiyaya geri dönüb

Jurnalist Kseniya Sobçak noyabrın 6-da günortadan sonra Latviya sərhədindən keçərək Rusiyaya qayıdıb.

Tacxeber.com Bizimyol.info-ya istinadən  xəbər verir ki, Şimal-Qərb Federal Dairəsinin güc strukturlarındakı mənbənin bazar ertəsi TASS-a verdiyi məlumata görə, Sobçak sərhədi Pskov vilayətindəki Buraçki keçid məntəqəsində keçib.

“Kseniya Sobçak Rusiya-Latviya sərhədini Pskov vilayətindəki Buraçki keçid məntəqəsindən keçib”, – deyə mənbə bildirib.

Onun sözlərinə görə, Sobçak noyabrın 6-da saat 15:30 radələrində sərhədi keçib. Bu məlumatın rəsmi təsdiqi yoxdur.

Bazar ertəsi səhər saatlarında Sobçak ailəsinə yaxın mənbələr Rusya mətbuatına bildirib ki, jurnalist ötən həftə Rusiyaya qayıdıb.

Bundan əvvəl Moskvanın Tverskoy Məhkəməsi Sobçakın kommersiya direktoru Kirill Suxanov və “Tatler” jurnalının keçmiş baş redaktoru Arian Romanovskini “Rostec”in rəhbəri Sergey Çemezovdan 11 milyon rubl tələb etməkdə şübhəli bilinərək həbs edib. Rusiyanı tərk etdikdən sonra istintaqdan gizlənən Sobçakın özünün də bu işlə məşğul olduğu bildirilib. Telegram kanalında teleaparıcı yazıb ki, Suxanovun həbsi anlaşılmazlıqdır və onun ümid edir ki, qanunsuz həs “tezliklə həll olunacaq”.

Qeyd edək ki, Teleaparıcı və bloger otyabrın 26-na keçən gecə Rusiyanı tərk edərək Belarus ərazisi ilə Litvaya daxil olduğu bildirilmişdi.

O, gecə gec saatlarda Moskvadan yola düşüb deyilirdi. Eyni zamanda onun əməliyyatçıları çaşdırmaq üçün internet vasitəsilə Dubaya və Türkiyəyə aviabilet aldığı bildirilmişdi. Sonra isə Nəticədə jurnalistin Belarus vasitəsilə Litvaya getdiyi bildirilirdi. Həmin vaxt müstəntiqlərin əlində Sobçakı saxlanması barədə qərarı olduğu qeyd edilirdi.

Hazırda onun həs olunub -olunmaması barədə məlumat yoxdur.

Tacxeber.com

Oxşar xəbərlər