• 22 Noyabr 2024 19:45

Lavanda yağının faydaları

Lavanda yağının faydaları

Miqren, baş ağrılarına yaxşı təsir edir.

Lavanda çoxillik ətirli ədviyyat bitkisidir. Bu bitkinin vətəni Aralıq dənizi sahilləri hesab olunur.

Tacxeber.com xəbər verir ki, lavanda Qədim Misirdə mumiyalaşdırma zamanı istifadə edilən maddənin əsas komponentlərindən biri olub. Bitkinin öz ətrini 3 min il saxlaya bilməsi məlumdur. Belə ki, 1922-ci ildə Misir fironu Tutanxamonun mumiyasından ətirli lavandanın qalıqları tapılıb.

Lavanda yağı ağılınıza gəlməyən möcüzələr yarada bilir. Onun orqanizm üçün faydalarını təqdim edirik:

– Quru və çatlaq dəri lavanda yağı ilə ovularsa, nəmlənir və çatlaqları bağlanır.

– Qoltuqaltına sürtülən 1 damla lavanda yağı bütün spreylərdən daha təsirlidir və gün boyu qalıcıdır.

– Baş dərisini lavanda yağı ilə masaj etmək saçda olan kəpəkləri aradan qaldırır, tükün dibini möhkəmləndirir.

– Çatlayan dodaqlara 1 damla lavanda sürtmək sizə bu problemi həll etməkdə kömək edə bilər.

– Soyuqdan əmələ gələn uçuqlara 1 damla lavanda yağı sürtün.

– Ayaqlarda ağrı olduqda 2 damla lavanda yağı əlavə olunmuş suda saxlamaq lazımdır.

– Kəsik və yaralarda bir neçə damcı lavanda yağı tökməklə mikrobları öldürər və yaranı təmizləyə bilərsiniz.

– Arı sancmasında şişmə və qaşınmanı azaltmaq üçün yaranın üzərinə 1-2 damla lavanda yağı sürtün.

– Miqren, baş ağrılarına yaxşı təsir edir.

– Lavanda çayı sidik qovucu təsirə malikdir.

– Qaraciyər, maddələr mübadiləsini nizamlayır. Hepatitə qarşı təsirlidir.

Tacxeber.com

Oxşar xəbərlər