• 21 Noyabr 2024 20:16

Nazpəri Polad Həşimovun anası ilə görüşdü – “Eyni acını mən də yaşayıram”

Xalq artisti Nazpəri Dostəliyeva Azərbaycanın Milli Qəhrəmanı, şəhid general mayor Polad Həşimovun anası Səmayə Həşimovanın evində olub.

Tacxeber.com xəbər verir ki, “Səhər mərkəzi” verilişi həmin anları lentə alıb. Səmayə xanım ötən il oğlu Əliniu itirən N.Dostəliyeva ilə bağlı bu fikirləri səsləndirib:

“Nazpəri xanım övlad itirib. O, ürəyindəki duyuğularla dik durub, dik danışırsa, o demək deyil ki, dərdsiz, kədərsizdir. Hamının gözünə dik baxır, amma ürəyində bir kədər var. Hər bir övlad valideynə borcludursa, valideynin də övladına ehtiyacı var”.

İfaçı uşaqlarını böyüdərkən çəkdiyi çətinliklərdən söz açıb:

“Onları necə əlində tutub böyütməyim gözümün önünə gəlir. Mən sizi (red. – Səmayə Həşimova) çox gözəl başa düşürəm. Kənardan Nazpəri Dosteliyevanın həyatı tamamilə başqa görünür. Lakin bir ananın iki atasız övlad böyütməyi, həyatın ağrılı-acılı günlərini yaşamağı, əzabını çəkməyi onları bir Allah, bir də insan özü bilir. Gecə-gündüz konsertlər var, toy mərasimlərində səhərə qədər gedib oxuyuruq. Bəzən evin açarını unudurdum, gecə vaxtsız gəlirdim, görürdüm uşaqlar yatıb. Nə qəədər qapını döyürdüm oyanmırdılar, körpə idilər, yatıblar. Açar ki, evdə qalıb, səhərə qədər blokda sementin üstündə otururdum. Səhərimi o blokda açırdım ki, qoy balalarım yaxşı olsun, övladlarım böyüsün”.

N.Dostəlieyava Səmayə xanıma mahnı həsr etdiyini və hazırda tamamlanma işlərinin getdiyini vurğulayıb:

“Bu gün sizə dəstəkəm. Sizə bir söz deyəcəyəm, gözəl ana. Əlbəttə mən sizi hər kəsdən çox başa düşürəm. Çünki eyni acını mən də yaşayıram, amma bir şey fərqlidir. Baxın, sizə bütün Azərbaycan dəstəkdir, sizin kədərinizə bütün ölkə qoşulub, amma mən bu dərdi tək çəkirəm. Gecə-gündüz Allahdan istəyir, yalvarıram ki, bundan sonra analarımızın üzü gülsün. Bundan sonra xalqımız kədər, qüssə bilməsin. Övladlarımız şən, firavan, gözəl həyat yaşasınlar. Şəhidlər üçün çox mahnəıar oxumuşam, çatdıra bilmədim, birini də sizə ərmağan edəcəyəm. Özüm öz əlimlə gətirib verəcəyəm”.

Tacxeber.com

Oxşar xəbərlər