• 23 Noyabr 2024 08:53

“Prezident diplomatik müstəvidə böyük strateq olduğunu ortaya qoydu”

“Prezident diplomatik müstəvidə böyük strateq olduğunu ortaya qoydu”

“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun 44 günlük müharibə nəticəsində torpaqlarımızı işğaldan azad etməsi, tariximizin ən parlaq səhifəsinə, xalqımızın iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Çünki taleyüklü məsələlərdə lider əsas faktordur.  Cənab İlham Əliyev nəinki xilaskar sərkərdə kimi, eyni zamanda bir lider kimi də xalqı bir dəmir yumruq kimi öz ətrafında birləşdirməyi bacardı. Xalq da ancaq onun bir xilaskar lider və sərkərdə olduğuna inanaraq ətrafında sıx birləşdi. Yürütdüyü siyasəti dəstəklədi. Azərbaycan qələbələri məhz cənab Ali Baş Komandanın liderlik qabiliyyəti nəticəsində əldə edə bildi”.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat Ülviyyə Ağayeva deyib.

Onun sözlərinə görə, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdə çox mühüm rol oynayır.

“Məhz sərkərdənin həyata keçirdiyi uğurlu strategiya nəticəsində ən güclü düşməni belə məğlub etmək olur. 44 günlük müharibə dünyaya Azərbaycan xalqının necə bir müdrik, uzaqgörən, qətiyyətli siyasi iradəyə malik sərkərdəsi olduğunu gördü. Bu, Müzəffər Ali Baş Komandan İlham Əliyev idi. 44 günlük müharibədə cənab Prezident özünü təkcə bir bacarıqlı sərkərdə kimi deyil, eyni zamanda informasiya müharibəsində və diplomatik müstəvidə də necə bacarıqlı bir sərkərdə olduğunu sübuta yetirdi”, – o qeyd edib.

O əlavə edib ki, cənab Prezident diplomatik müstəvidə böyük strateq, informasiya müharibəsində Azərbaycanın haqq səsi olduğunu ortaya qoydu: “Məhz Müzəffər Ali Baş Komandanın bacarığı, uzaqgörənliyi, siyasi iradəsi və qətiyyəti nəticəsində mümkün olmayanları reallığa çevriməyi bacardı. Düşməni kapitulyasiyaya vadar etdi. Nəticədə Cənubi Qafqazda yeni geosiyasi reallıq yarandı. Müharibədən sonra əldə edilən qələbənin dönməzliyinin təmin edilməsi istiqamətində yürüdülən siyasət nəticəsində Azərbaycan yeni-yeni uğurlar əldə etməkdədir. Azərbaycan cənab İlham Əliyevin liderliyi altında tezliklə sülh sazişinin imzalanmasına nail olacaq. Azərbaycan dünyanın ən nüfuzlu, güclü, inkişaf etmiş ölkələrindən birinə çevriləcək”.

Tacxeber.com

Oxşar xəbərlər