Hazırda xüsusi əməliyyat zonasında 80 minə yaxın səfərbər edilmiş vətəndaş var, onlardan 50 mini döyüş əməliyyatlarında iştirak edir.
Tacxeber.com xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“Hazırda bizim 50 min döyüşçümüz var. Qalanları hələ döyüş əməliyyatlarında iştirak etmir. Lakin xüsusi əməliyyat zonasında 80 minə qədər insan var. Qalanların hamısı təlim poliqonlarındadır”, – o bildirib.