• 16 Sentyabr 2024 23:29

“Qarabağ”ın pley-offdakı rəqibi müəyyənləşir – Yenilənir

"Qarabağ"ın pley-offdakı rəqibi müəyyənləşir - Yenilənir

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

UEFA-nın Nyon şəhərindəki qərargahında təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Püşk zamanı təmsilçimiz “Qarabağ”ın də rəqibi müəyyənləşəcək. Ağdam klubu pley-offda “Fiorentina” (İtaliya), “Anderlext” (Belçika), “Lex” (Polşa), “Partizan” (Serbiya), “Dnepr-1” (Ukrayna), “Gent (Belçika), “Bazel” (İsveçrə) və ya ÇFR-lə (Rumıniya) qarşılaşacaq.  Konfrans Liqasında qrup mərhələsinin 2-ciləri “səpələnmişlər”, “Qarabağ”ın da olduğu Avroliqadan gələnlər isə “səpələnməmişlər” səbətində yer alacaqlar.

Səbətlərin tam tərkibi aşağıdakı kimidir.

Səpələnmişlər:

“Anderlext” (Belçika)
“Bazel” (İsveçrə)
ÇFR (Rumıniya)
“Dnepr-1” (Ukrayna)
“Fiorentina” (İtaliya)
“Gent” (Belçika)
“Lex” (Polşa)
“Partizan” (Serbiya)

Səpələnməmişlər:

AEK (Larnaka, Kipr)
“BÜdo Qlimt” (Norveç)
“Braqa” (Portuqaliya)
“Latsio” (İtaliya)
“Ludoqorets” (Bolqarıstan)
“Qarabağ” (Azərbaycan)
“Şerif” (Moldova)
“Trabzonspor” (Türkiyə)

Pley-off mərhələsinin oyunları fevralın 16 və 23-də keçiriləcək.

Qeyd edək ki, Konfrans Liqasında qrup qalibi olan 8 komanda – “Alkmaar” (Niderland), “Yurgorden” (İsveç), “Başakşəhər” (Türkiyə), “Sivasspor” (Türkiyə), “Vilyarreal” (İspaniya), “Nitsa” (Fransa), “Vest Hem” (İngiltərə) və “Slovan” (Slovakiya) birbaşa 1/8 finaldan mübarizəni davam etdirəcək.

Tacxeber.com

Oxşar xəbərlər