• 03 Mart 2024 07:10

Yevlaxda avtomobil kanala düşdü, bu gün toyu olacaq qız və qohumu öldü – YENİLƏNDİ

Yevlaxda avtomobilin aşaraq su kanalına düşməsi nəticəsində daha bir qadının öldüyü məlum olub.

Tacxeber.com-ın məlumatına görə, kanala düşən BMW markalı avtomobilin içərisində olan sərnişinlərdən biri Günay Hüseynovanın meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qəza zamanı ölənlərin sayı üçü çatıb.

Qeyd edək ki, G.Hüseynova bu gün toya hazırlaşan Nuranə Hüseynovanın qohumudur.

Yevlaxda bu gün toyu olacaq qız gözəllik salonuna gedərkən yol qəzasında ölüb.

Hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.

Belə ki, minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb.

Nəticədə avtomobil Qarabağ su kanalına düşüb. Avtomobilin içərisində olan 1991-ci il təvəllüdlü Qasımov Famil Abbasov oğlu və Hüseynova Nuranə Hümbət qızı dünyasını dəyişib.

Onların meyiti tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qəzada ölən 18 yaşlı qızın bu gün toyu olacaqdı. Qəza hadisəsi də toya hazırlıq məqsədilə səhər saatlarında gözəllik salonuna gedərkən baş verib.

Tacxeber.com

Oxşar xəbərlər