• 22 Noyabr 2024 20:25

“Axşamlar çaxır içirik ki, qorxmayaq…” – Sərhəddəki erməni kəndindən REPORTAJ

“Axşamlar çaxır içirik ki, qorxmayaq...” – Sərhəddəki erməni kəndindən REPORTAJ

“Bu gün süddən başqa hər şeyin qiyməti qalxıb. Ən ucuz şey kəndlinin əməyidir. Minbir əziyyətlə məhsul yetişdirsək də, zəhmətimizin qarşılığını ala bilmirik. Hökumət isə bizi düşünmür. Yaşadığımız yeri sərhədyanı kəndlərin siyahısına salmır ki, biz də bəzi imtiyazlardan yararlanaq”.

Tacxeber.com xəbər verir ki, bunu “Azadlıq Radiosu”na Qaragöllə sərhəddə yerləşən Akner kəndinin erməni sakinləri deyib.

Aknerlilər dolanışıqlarının pis olmasından şikayətləniblər: “Yaşamaq üçün heyvan saxlamağa məcburuq. Ancaq 44 günlük müharibədən sonra mal-qara saxlayanların sayı xeyli azalıb. Bu kənd Azərbaycan sərhəddindən cəmi 3 kilometr məsafədə yerləşir. Gecələr qorxu içində yatırıq. Başqa çarəmiz yoxdur”.

“Armen ilə belə qərara gəlmişik ki, hər gecə çaxır içək. İçək ki, qorxmayaq. Hər gecə Allaha yalvarırıq ki, bir şey olmasın. Sülh, əmin-amanlıq olsun”,-erməni sakin bildirib.

Həmin görüntüləri təqdim edirik:

Tacxeber.com

Oxşar xəbərlər