Azərbaycanlıların toyunda ATIŞMA: Gözündən güllələndi…
Rusiyada Moskva vilayətinin Elektrostal şəhərində azərbaycanlıların toyunda faciə baş verib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, şəhərdəki “Troyka” kafesində 70 nəfərin iştirak etdiyi toy məclisində iştirakçıların bəzilərinin arasında mübahisə düşüb.
Onlardan biri travmatik silahla toyda iştirak edən iki qardaşı güllələyib. Güllələrdən biri qardaşların əlinə dəyib. Digər qardaşın isə gözünü çıxarıb.
Hadisə yerinə gələn polis münaqişənin böyüməsinə imkan verməyib.