Dünya şöhrətli ulduzun evi 1,9 milyona satışa çıxarıldı
Dünya şöhrətli amerikalı müğənni və aktrisa Vitni Hyuston və onun əri, müğənni Bobbi Braunun keçmiş evi satışa çıxarılıb .
Bakupost.az New York Post-a istinadla xəbər verir ki, Corciya ştatının Alphareta şəhərində yerləşən malikanəyə 1,9 milyon dollar qiymət qoyulub.
2001-ci ildə tikilən evi Hyuston 2003-cü ildə 1,38 milyon dollara alıb, beş ildən sonra isə 1,2 milyon dollara satıb.
Malikanənin sahəsi 745 kvadratmetrdir. İçəridə beş yataq otağı, kitabxana, bilyard otağı və yemək sahəsi olan terras var. Ərazidə hovuz və istirahət üçün yer var.
İnteryer təbii daş və ağacla açıq rənglərdə hazırlanmışdı.