• 23 Noyabr 2024 04:12

“Elə bil ki, keçənilki qar yağması kimi bir şeydir…” – Reaksiya

“Mən elə onları o vaxt da siyasətdə görmürdüm. Çünki onların siyasətdə olması Azərbaycana heç də yaxşı şey gətirmədi”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sabiq sədri Zərdüşt Əlizadə deyib.

Müxalifətçi AMİP, ALP və Müsavat Partiyasının liderləri olan Etibar Məmmədov, Lalə Şövkət və İsa Qəmbərin aktiv siyasətə qayıdacağı ilə bağlı mətbuatda və sosial şəbəkələrdə gəzəm iddialara münasibət bildirib.

Z. Əlizadə aydınlaşdırıb ki, sözügedən şəxslərin bir zamanlar Azərbaycan siyasətində olması ölkəyə ziyan, fəlakət və məğlubiyyətdən başqa heç nə gətirmədi:

“Fərz edək ki, Etibar Məmmədov, İsa Qəmbər və Lalə Şövkət qayıdır. Axı onlar qayıdıb nə edəcəklər?

Özü də o vaxtı onlar camaatın siyasi cəhətdən xam olduğu vaxtlarda ağızlarına gələn mənasız şeyləri deyib xalqı xamlayırdılar. İndi camaat siyasi cəhətdən xeyli savadlanıb. İndi onlar köhnə baqajla gəlib millətə nə deyəcəklər?! Odur ki, mən bu qayıdışa etinadsız yanaşıram. Elə bil ki, keçənilki qar yağması kimi bir şeydir. Yağımışdı, yağmamışdı heç bilinmirdi. Bu da belə bir şeydir”.

Tacxeber.com

Oxşar xəbərlər